Qar səbəbindən magistralın bəzi hissələrində hərəkət məhdudlaşdırılıb
REGİONAL MƏTBUAT
14:34
20.11.2023
Baxılıb: 2384
Qar səbəbindən magistralın bəzi hissələrində hərəkət məhdudlaşdırılıb

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, qar və aşağı temperatur səbəbindən Mtsxeta- Stefantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib.  Digər növ nəqliyyat vasitələrinin hərəkətinə isə qadağa yoxdur.

Magistral yolun digər hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.

Digər xəbərlər