“Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
REGİONAL MƏTBUAT
15:35
20.11.2023
Baxılıb: 4778
“Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Bura mənim evimdir” sənədli filminin təqdimat mərasimi keçirilib.

 

Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ictimai fəallar, məcburi köçkünlər iştirak ediblər. Film Amerikada doğulub boya-başa çatmış Ceyhun Qarabağlı adlı gəncin baba yurduna - Cəbrayıl rayonunun Süleymanlı kəndinə səfərindən və oradakı yaşantılarından bəhs edir. Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov filmin 44 günlük Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümünün qeyd olunan bir vaxtda, həmçinin Heydər Əliyev ilində ictimaiyyətə təqdim olunmasını əlamətdar hadisə kimi səciyyələndirib.

 

Ulu Öndərin arzularının gerçəkləşdiyi, işğaldan azad edilmiş ərazilərdə  Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı vurğulanıb. Bildirilib ki, daim dövlətin diqqət və qayğısı ilə əhatə olunan məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı başlanıb. Qarabağ və Şərqi Zəngəzura geri dönən məcburi köçkünlər üçün rahat həyat şəraitinin yaradılması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.

 

Qeyd edilib ki, Ceyhunun səfər təəssüratını filmə çevirmək və bir vətənpərvərlik hekayəsi kimi həm öz cəmiyyətimizə, həm dünya ictimaiyyətinə təqdim etmək ideyası onun Azərbaycana, irsən bağlı olduğu, amma indiyədək görmədiyi doğma kəndinə munis münasibətindən qaynaqlanıb. Bu münasibət bizim bir millət, xalq kimi ən mühüm özəlliyimizdir. Ceyhun və onun həmyaşıdları Qarabağın, Şərqi Zəngəzurun, ümumilikdə Azərbaycanın gələcəyi üçün çalışmağa, xalqımızın və dövlətimizin inkişafına xidmət göstərməyə daim hazırdırlar və bu, xalqımızın azadlıq mübarizəsinin, milli dirçəlişimizin nailiyyətidir.

 

Filmin qəhrəmanı Ceyhun Qarabağlı isə çıxışında deyib ki, ABŞ-ın Nyu-Cersi ştatında anadan olsa da, ürəyi həmişə babasının doğulduğu Cəbrayıl rayonunun Süleymanlı kəndinə bağlı olub. Bu səfər bir fərdin deyil, iki dünya, iki mədəniyyət və iki ev arasında körpünün nümayəndəsinin səfəridir. “Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərin işğaldan azad edilməsi mənim kimi uzaqda yaşayan insanların yenidən ata-baba yurduna qovuşmasına imkan verib,” – deyən amerikalı həmyerlimiz Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərin ruhuna ehtiramını bildirib, onların ailələrinə və qazilərə təşəkkür edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Şarl Mişel: Avropa İttifaqı Ukraynanın Sülh Formulunu dəstəkləyir
20:09
Zelenski Rusiya ilə əsir mübadiləsində Azərbaycanın fəal iştirakından danışıb
20:06
Azərbaycanın “İrəvanın gizli irsi” filmi nüfuzlu kinofestivalın nominantları siyahısına daxil edilib
20:05
İqtisadi Şura 2025-ci və növbəti 3 il üzrə büdcə layihələrini müzakirə edib
19:54
Parlament seçkilərindəki pozuntuya görə iki məntəqənin nəticələri ləğv edilib
16:25
Altı ştatda qırmızı həyəcan siqnalı
16:23
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək
15:58
Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir
15:54
BMT-nin xüsusi təhlükəsizlik xidmətinin əməkdaşları COP29 görə Azərbaycana gələcək
15:31
Növbəti iki gündə bəzi bölgələrə dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
15:28
İran BRİCS-də təhlükəsizlik üzrə xüsusi strukturun yaradılmasını təkif edib
15:25
Norveçin Türkiyə ilə bağlı qərarı: Müdafiə məhdudiyyətləri qaldırıldı
15:11
Uşaq fotoşəkillərdən süni intellektlə hazırlanan saxta pornoqrafik videolarla ailələrin şantaj edilir
15:06
Ərdoğan: Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir
15:01
Məhkəmə professor Rövşən Novruzoğlu barədə qərar verib
14:46
Bayden Ukraynanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə bilər
14:35
Hesablama Palatası ət və ət məhsullarının qiymətlərinə dair araşdırma aparıb
14:33
Peskov: Baydenin Putinə zəngi Ukrayna ilə müharibəyə son qoya bilməz
14:30
Naxçıvanda vergi daxilolmaları 32 % artıb
14:27
Yaşa görə müavinət alanları SEVİNDİRƏCƏK XƏBƏR
14:06