Almaniyadakı Azərbaycanlı Həkimlərin Təqaüd Proqramının ilk qaliblərinin adları açıqlanıb
REGİONAL MƏTBUAT
17:08
20.11.2023
Baxılıb: 5103
Almaniyadakı Azərbaycanlı Həkimlərin Təqaüd Proqramının ilk qaliblərinin adları açıqlanıb

Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumunda Təqaüd Proqramının ilk qalibləri müəyyən olunub.

“Heydər Əliyev İli” çərçivəsində Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə bildirilib ki, onlar həkim Nərmin Quliyeva, Azərbaycan Tibb Universitetinin məzunu Gülnarə Abdullayeva və Türkiyədə təhsil alan tələbə Təbriz Məmmədlidir.

Qeyd edək ki, tədbirdə Almaniyanın 70-ə yaxın şəhərindən gələn tibb mütəxəssisləri və qonaqlar, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları iştirak ediblər. 

Forum zamanı ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində II forumun təşkilinin çox böyük önəm kəsb etdiyi, respublikaya rəhbərlik etdiyi hər iki dövrdə onun bütün sahələrlə yanaşı, xaricdə təhsil və inteqrasiya məsələlərinə, diaspor quruculuğuna xüsusi qayğı və diqqət göstərdiyi, Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan diasporunun yeni mərhələyə qədəm qoyduğu, milli dəyərlərimizin dünya miqyasında təbliği və tanıdılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən işlər diqqətə çatdırılıb.

Forumda müxtəlif təqdimatlar və məruzələr təqdim olunub, Almaniyanın səhiyyə sistemində önəmli mövqelərə malik olan azərbaycanlı həkimlərin elmi nailiyyətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin portreti təqdim edilib və xatirə şəkli çəkilib.

II Forum iştirakçıları tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 5 may 2022-ci il tarixində Köln şəhərində təşkil edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Britaniya Ukraynaya 780 milyon dollarlıq yeni yardım paketi ayırır
20:26
Şarl Mişel: Avropa İttifaqı Ukraynanın Sülh Formulunu dəstəkləyir
20:09
Zelenski Rusiya ilə əsir mübadiləsində Azərbaycanın fəal iştirakından danışıb
20:06
Azərbaycanın “İrəvanın gizli irsi” filmi nüfuzlu kinofestivalın nominantları siyahısına daxil edilib
20:05
İqtisadi Şura 2025-ci və növbəti 3 il üzrə büdcə layihələrini müzakirə edib
19:54
Parlament seçkilərindəki pozuntuya görə iki məntəqənin nəticələri ləğv edilib
16:25
Altı ştatda qırmızı həyəcan siqnalı
16:23
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək
15:58
Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir
15:54
BMT-nin xüsusi təhlükəsizlik xidmətinin əməkdaşları COP29 görə Azərbaycana gələcək
15:31
Növbəti iki gündə bəzi bölgələrə dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
15:28
İran BRİCS-də təhlükəsizlik üzrə xüsusi strukturun yaradılmasını təkif edib
15:25
Norveçin Türkiyə ilə bağlı qərarı: Müdafiə məhdudiyyətləri qaldırıldı
15:11
Uşaq fotoşəkillərdən süni intellektlə hazırlanan saxta pornoqrafik videolarla ailələrin şantaj edilir
15:06
Ərdoğan: Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir
15:01
Məhkəmə professor Rövşən Novruzoğlu barədə qərar verib
14:46
Bayden Ukraynanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə bilər
14:35
Hesablama Palatası ət və ət məhsullarının qiymətlərinə dair araşdırma aparıb
14:33
Peskov: Baydenin Putinə zəngi Ukrayna ilə müharibəyə son qoya bilməz
14:30
Naxçıvanda vergi daxilolmaları 32 % artıb
14:27