Avropanın ən təhlükəli cinayət qruplarından biri hesab edilən İtaliyada yerləşən “Ndrangheta” mafia qruplaşmasının 207 üzvünə ümumilikdə iki min yüz il həbs cəzası verilib.
İtaliya məhkəməsi Avropanın və dünyanın ən güclü, geniş yayılmış və təhlükəli cinayət qruplaşmasından biri sayılan “Ndrangheta” işi çərçivəsində 207 nəfəri mühakimə edib.
İki mafiya liderinin də olduğu mafiya üzvləri müxtəlif ittihamlarla ümumilikdə 2100 il həbs cəzasına məhkum edilib. Məhkəmə 131 nəfərə isə bəraət verib.