İspaniyada vergidən yayındığı üçün mühakimə olunan pop ulduzu Şakira məhkəmə qarşısına çıxarılıb.
Pop ulduzu Şakira vergi fırıldaqçılığı işində günahını etiraf edib və Barselonadakı məhkəmə prosesinin ilk günündə İspaniya rəsmiləri ilə razılığa gələrək həbs edilməmək üçün cərimə ödəməyə razılıq verib. Məhkəmənin qərarına görə, Şakira bu əməlinə görə 7,3 milyon avro cərimə edilib.