Qəza törədib qaçan sürücü saxlanılıb
REGİONAL MƏTBUAT
14:54
21.11.2023
Baxılıb: 3672
Qəza törədib qaçan sürücü saxlanılıb

Yasamal rayonu ərazisində qəza törədərək qaçan  sürücü saxlanılıb.  Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Yasamal rayonu ərazisində “Toyota Prius” markalı, 99-NF-743 dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən uzaqlaşması barədə müxtəlif media subyektlərində yayımlanmış məlumat əsasında Baş DYP İdarəsində dərhal araşdırma başlanılıb.

 

Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü - 2003-cü il təvəllüdlü E.Bayramzadə aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.

Digər xəbərlər