Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın Fəxri üzvü seçilməsi haqqında vəsatət qaldırılıb
REGİONAL MƏTBUAT
15:03
21.11.2023
Baxılıb: 6309
Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın Fəxri üzvü seçilməsi haqqında vəsatət qaldırılıb

Noyabrın 20-də AMEA-nın Kimya Elmləri Bölməsinin ümumi iclası keçirilib.

Bölmənin sədri, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev iclası açaraq gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib.

 

Bölmə üzvlərinin nəzərinə çatdırılıb ki, 2015-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüş Şimali Karolina Universitetinin professoru Əziz Səncər nüklein turşularının (DNT) təmiri (reparasiya) sahəsində çox qiymətli tədqiqat işlərinin müəllifi kimi elmi ictimaiyyətə yaxşı tanışdır. Nobel komitəsinin fikrinə görə, DNT-nin hüceyrədə normal replikasiyası zamanı və ya müxtəlif fiziki və kimyəvi amillərin təsiri nəticəsində baş verən zədələnmələrin axtarılması və aradan qaldırılmasına yönələn tədqiqatların əhəmiyyəti çox böyükdür. Bu sahədə mövcud olan mexanizmlərin və sistemlərin pozulması bir çox ağır irsi xəstəliklərin yaranmasına səbəb olur və ümumiyyətlə, belə təmir mexanizmləri olmadan çətin ki, həyatın mürəkkəb formaları mümkün olardı.

 

Qeyd olunub ki, Azərbaycanı özünün vətəni bildiyi professor ƏzizSəncər dəfələrlə ölkəmizdə keçirilən müxtəlif tədbirlərdə iştirak etmişdir. Onun həyat hekayəsi ətraflı şəkildə Orxan Bursalının “Əziz Səncər və Nobel hekayəsi” (2016) kitabında təsvir olunmuşdur: “Bütün bunları nəzərə alaraq, professor Əziz Səncəri AMEA-nın Fəxri üzvü seçmək haqqında niyyətimiz ona bildirilmişdir. Əziz Səncər 25 oktyabr 2023-cü ildə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə ünvanladığı məktubda öz minnətdarlığını bildirərək AMEA-nın Fəxri üzvü seçilməsinə razılığını ifadə etmişdir”.

 

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin 5.6; 5.9; 5.15; 5.16 və 10.10 bölmələrini əsas götürərək Kimya Elmləri Bölməsinin ümumi iclasında AMEA-nın həqiqi üzvləri açıq səsvermə yolu ilə yekdilliklə professor Əziz Səncərin AMEA-nın Fəxri üzvü seçilməsini AMEA-nın Ümumi yığıncağına tövsiyə ediblər.

 

Ümumi iclasda Kimya Elmləri Bölməsinin institutların illik hesabatına həsr olunacaq iclasın keçirilmə tarixi, hesabatların hazırlanması və təqdimatı ilə əlaqədar bir sıra məsələlər də müzakirə edilib.

 

 www.science.gov.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51