Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib
REGİONAL MƏTBUAT
17:47
21.11.2023
Baxılıb: 3592
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib

Azərbaycan Respublikası Prezidentini İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında  Sərəncam imzalayıb. 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin.

 

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin.

 

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 21 noyabr 2023-cü il

Digər xəbərlər