Moskvanın Taqanski Məhkəməsi Telegram-ı Rusiyada məhdudlaşdırılmış məlumatları silməkdən imtina etdiyinə görə 4 milyon rubl cərimələyib. Məhkəmə şirkəti Rusiya İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinə əsasən məlumat əldə etmək məhdudiyyətlərini pozmaqda təqsirli bilib.
Qeyd etmək lazımdır ki, Telegram sosial şəbəkəsi xüsusilə Rusiyada kifayət qədər çox istifadə edilən şəbəkələr arasındadır.