Yunanıstanın Saloniki şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə fotosərginin açılış mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Yunanıstandakı səfirliyinin, Türkiyənin Salonikidəki Baş konsulluğunun əməkdaşları, soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.