Xətai rayonunda qaz olmayacaq
REGİONAL MƏTBUAT
11:52
23.11.2023
Baxılıb: 3546
Xətai rayonunda qaz olmayacaq

Xətai rayonunun N.Rəfiyev küçəsində abadlıq işləri ilə əlaqədar qaz tənzimləyicinin və qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 23.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Şüşə” orta təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Təmir işləri aparılan müddətdə Xətai rayonunun Ağ şəhər, M.Mehdizadə, S.Orucov, F.Bayramov, Natiq Əliyev, Afiyəddin Cəlilov, N.Rəfiyev küçələrinin, eləcə də Xocalı və Babək prospektlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Digər xəbərlər