Qəbələdə 2 mərtəbəli evdə yanğın olub
REGİONAL MƏTBUAT
19:13
23.11.2023
Baxılıb: 3657
Qəbələdə 2 mərtəbəli evdə yanğın olub

Qəbələ rayonun Vəndam qəsəbəsindəki evlərdən birində yanğın baş verib.

 

Belə ki, ikimərtəbəli, 7 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları, birinci mərtəbəsində 1 otağın tavanı və bitişik olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Digər xəbərlər