Gədəbəy rayon İcra Hakimiyyətinin binasının 2-ci mərtəbəsində başlayan yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Digər otaqlar yanğından mühafizə olunub. Yanğın zamanı 1 kompüter masası, 1 kompüter və zalın 2 kvadratmetr tavan hissəsi yanıb.
Yanğının başvermə səbəbləri araşdırılır.