Gəncədə avtomobil təmiri mərkəzi yanıb
REGİONAL MƏTBUAT
17:17
27.11.2023
Baxılıb: 2288
Gəncədə avtomobil təmiri mərkəzi yanıb

Gəncə şəhərində ümumi sahəsi 500 m² olan dəmir konstruksiyadan idarət avtomobil təmiri və rənglənməsi sexinin taxta üzlüyü, avadanlıqlar, sexin içərisində olan 2 ədəd  hər birinin həcmi 200 litr olan yararsız yağla dolu çəllək və təmirə dayanan 2 ədəd “ВАЗ” markalı minik avtomobili yanıb. Yüksək temperaturdan “KamAZ” markalı yük avtomobilinin banına çəkilmiş üzlük qarsalanıb. Sex ərazisində dayanan 5 ədəd minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

 
Digər xəbərlər