Gəncədə mağaza yanıb
REGİONAL MƏTBUAT
22:05
28.11.2023
Baxılıb: 2180
Gəncədə mağaza yanıb

Gəncə şəhərində ümumi sahəsi 74 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektin (ofis, geyim və telefon aksesuarları mağazası kimi fəaliyyət göstərir) sahəsi 4 m² olan təsərrüfat otağında quraşdırılan 1 ədəd elektrik sayğacı, giriş-çıxış kabeli 3 p.m, içərisinə yığılan məişət əşyaları və 2 ədəd taxtadan ibarət qapı qismən yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

Digər xəbərlər