Erməni nəşrinin məlumatına görə İrəvan metrosunda polis bütün metro stansiyalarının girişlərində gücləndirilmiş xidmət həyata keçirir, metroya daxil olan hər bir vətəndaş yoxlanılır.
Metropolitenin sözçüsünün verdiyi məlumata görə metroda heç bir fövqəladə hadisə yoxdur. Polis tərəfindən həyata keçirilən gücləndirilmiş xidmət zamanı metal detektorlar vasitəsilə sərnişinlərin iri və ya şübhəli əşyaların yoxlanılması ictimai təhlükəsizliyin təmin edilməsinə yönəlmiş tədbirdir.