”Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı elmi-praktik konfrans keçiriləcək
REGİONAL MƏTBUAT
00:14
09.12.2023
Baxılıb: 7079
”Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı elmi-praktik konfrans keçiriləcək

Dekabrın 11-də ölkəmizdə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı elmi-praktik beynəlxalq konfrans təşkil olunacaq. Beynəlxalq konfrans Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun təşkilatçılığı ilə baş tutacaq. Konfransın təşkilində əsas məqsəd məktəbəqədər təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanışlıqdır.

 

Elm və təhsil naziri Emin Əmrullayevin açılış nitqi ilə çıxış edəcəyi beynəlxalq konfransa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, UNICEF-in nümayəndələri, o cümlədən Türkiyə və Estoniyadan məruzəçilər, yerli mütəxəssislər qatılacaqlar. Konfrans “Məktəbəqədər təhsildə uşaqyönümlü təhsilə keçid”,  “Məktəbəqədər təhsildə effektiv idarəetmə”,  “İcma, ailə və məktəbəqədər təhsil: səmərəli əməkdaşlıq” panellərindən ibarət olacaq.

 

Panellərdə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Təhsil və bacarıqlar şöbəsinin analitiki Nataniel Raynartsn, Estoniya Təhsil və Tədqiqat Nazirliyinin Ümumi təhsil siyasəti departamentinin məktəbəqədər təhsil üzrə baş mütəxəssisi Tina Peterson, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin erkən inkişaf üzrə mütəxəssisi Vidur Çopra, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə təhsil mütəxəssisi Anna Berdzenadze, İstanbul Aydın Universitetinin müəllimi, Beynəlxalq Oyun Assosiasiyasının Türkiyə təmsilçisi, professor Belma Tuğrul, Heydər Əliyev adına Müasir Təhsil  Kompleksində erkən inkişaf təhsili üzrə rəhbər Nigina Müzəffərova, Türkiyənin Məktəbəqədər Təhsilin İnkişafı Dərnəyinin sədr müavini, Çankırı Karatekin Universitetinin müəllimi Nihan Feyman Gök, Vaşinqton Universitetinin Braun sosial iş və ictimai səhiyyə fakültəsinin müəllimi Aytəkin Hüseynli təqdimatla çıxış edəcəklər.

 

Konfrans Təhsil TV vasitəsilə Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13