Müəllimin öldürülməsinə görə 6 yeniyetmə məhkum edilib
11:17
10.12.2023
Baxılıb: 2878
Müəllimin öldürülməsinə görə 6 yeniyetmə məhkum edilib

Fransada altı yeniyetmə üç il əvvəl ölkəni şoka salan bir islamçı ekstremist tərəfindən müəllimin başının kəsilməsi ilə nəticələnən cinayətdəki rollarına görə mühakimə olunub.

 

Tarix və coğrafiya müəllimi Samuel Pati 2020-ci il oktyabrın 16-da Parisin şimal-qərbində yerləşən məktəbinin yaxınlığında 18 yaşlı çeçen əsilli gənc tərəfindən öldürülüb. Hücum edən şəxs daha sonra polis tərəfindən güllələnmişdi.

 

Məhkəmə hücum zamanı 14 və 15 yaşı olan təqsirləndirilən şəxslərdən beşini müəllimi izləməkdə və hücumçuya nişan verməkdə ittiham edilir. 

 

O vaxt 13 yaşlı başqa bir müttəhim isə sinif müzakirəsi haqqında yalan məlumatlar yazaraq  onlayn qəzəbi artırmaqda günahlandırılıb.

 

Məhkəmə 6 yeniyetmənin hamısına qısamüddətli və ya şərti həbs cəzası verib. Yeniyetmələr də öz növbəsində bildiriblər ki, onlar bu əməli törədəndə müəllimin öldürüləcəyini bikməyiblər. 

 

Digər xəbərlər