6-8 dekabr tarixlərində Fransanın Strasburq şəhərində keçirilmiş Narkotiklərə Nəzarət Şəbəkəsinin İllik Konfransında Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Toğrul Muxtarov iştirak edib.
Əsas məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində avropa dövlətlərinin təcrübəsinin öyrənilməsi, hüquq-mühafizə orqanları əməkdaşlarının potensialının artırılması, müasir informasiya-texnologiyalarından istifadə olunmaqla törədilən bu növ cinayətlərin və yeni tərkibli sintetik narkotik vasitələrin yayılmasının qarşısının alınması olan tədbirdə iştirakçı ölkələrin nümayəndə heyətləri tərəfindən hazırlanan təqdimatlar və çıxışlar dinlənilərək, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Konfransda çıxış edən Toğrul Muxtarov ölkəmiz üzərindən narkotik vasitələrin tranzit olaraq daşınmasına qarşı mübarizə, bu sahədə əldə olunmuş nailiyyətlər, o cümlədən mübarizə tədbirləri çərçivəsində tətbiq tətbiq edilən yeni üsul və vasitələr barədə iştirakçılara ətraflı məlumat verib.