İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova dekabrın 14-də Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində (Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 5) Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Şəmkir Ərazi İdarəsinə (telefon: 051 9162418, elektron ünvan: [email protected] ) və Tovuz Ərazi İdarəsinə (telefon: 055 223 14 29, elektron ünvan: [email protected] ) 12 dekabr saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.