Ağsuda fəaliyyət göstərən şadlıq sarayında yoxlama keçirilib
REGİONAL MƏTBUAT
17:28
12.12.2023
Baxılıb: 2330
Ağsuda fəaliyyət göstərən şadlıq sarayında yoxlama keçirilib

AQTA nəzarət tədbirləri çərçivəsində Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Qalib Gilasxan oğluna məxsus “Səadət” şadlıq sarayında yoxlama keçirib.

Baxış zamanı şadlıq sarayında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb

Digər xəbərlər