Ermənistanda alıq fermerləri hökumət binası yaxınlığında etiraz aksiyası keçirərək, baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.
Etiraz aksiyasına səbəb balıq təsərrüfatları haqqında yeni qanundur. Yeni qanuna görə su ehtiyatlarının israfını azaltmaq üçün yanvarın 1-dən balıqçılar qapalı dövrədə işləməlidir. Dəyişikliyə əsasən balıqçılıq təsərrüfatında təbii mənbədən götürülən su israf edilməyəcək və filtrlərdən keçdikdən sonra təkrar istifadə olunacaq.
Balıq fermerləri şikayət edirlər ki, qapalı sistem çox bahadır və kiçik və orta sahibkarlar üçün tətbiq etmək çətindir. Balıqçılar onu da qeyd edirlər ki, qapalı dövrəyə keçəndən sonra balığın qiyməti 2-3 dəfə artacaq.
Qeyd etmək lazımdır ki, hələ avqust ayında Paşinyan elan etmişdi ki, qərar qətidir, və balıqçılara il yarım vaxt verilib.