Gürcüstan daxili işlər nazirliyindən verilən məlumata görə Tbilisinin Aleksandr Çavçavadze küçəsində gənc oğlan öldürülüb. Geniş yayılmış məlumata görə, gənc oğlan odlu silahla vurulub. Yaralı klinikaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməni nəzərdə tutan 108 və 236-cı maddələri ilə istintaq başladılıb.