Tanzaniyanın Pemba adasında dəniz tısbağası ətindən zəhərlənmə nəticəsində 9 nəfər ölüb, 78 nəfər isə xəstəxanaya aparılıb. Associated Press yerli hakimiyyət orqanlarına istinadən bildirib ki, ölənlərin 8-i uşaq, 1-i isə yetkin şəxsdir.
Adaya təbii fəlakətdən xilasetmə qrupu göndərilib və aboratoriya müayinələri nəticəsində məlum olub ki, zəhərlənməyə səbəb tısbağa əti olub. Hakimiyyət insanları tısbağa yeməkdən çəkinməyə çağırıb.