Məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” mövzusunda olimpiada təşkil olunacaq
REGİONAL MƏTBUAT
14:14
05.04.2024
Baxılıb: 4123
Məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” mövzusunda olimpiada təşkil olunacaq

Aprelin 4-də Elm və Təhsil Nazirliyində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib. Görüşdə məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş olimpiadanın təşkilinə dair fikir mübadiləsi aparılıb.

 

Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, millət vəkili, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Elxan Nəcəfov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü İbrahim Bayramov iştirak ediblər.

 

Bildirilib ki, olimpiadanın təşkilində məqsəd ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir. Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələli olacaq. Final mərhələsi iyun ayında Naxçıvan Muxtar Respublikasında keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək.

 

Qeyd edək ki, olimpiadanın tərəfdaşları qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması çıxış edəcək. Sözügedən olimpiada ötən ilin noyabr ayında Naxçıvanda təşkil olunmuş “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi çərçivəsində müzakirə edilən təkliflərin reallaşdırılmasının davamı kimi həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
İran və Suriya XİN başçıları regional məsələləri müzakirə ediblər - YENİLƏNİB
13:37
FTB və Daxili Təhlükəsizlik Departamenti oktyabrın 7-də mümkün zorakılıq halları barədə xəbərdarlıq edib
13:07
MİDA rəsmisi: “Cəbrayıl yaşayış kompleksi yüksək keyfiyyətlə inşa edilib”
13:02
KİV: Ağ Ev miqrantlara ölkəyə müvəqqəti humanitar giriş proqramını uzatmayacaq
13:00
İsrail ordusu: Ölkənin şimalında iki əsgər ölüb, onlarla yaralı var
12:58
Şirkət nümayəndəsi: “Cəbrayılda alkoqolsuz içki məhsulları kompleksi ölkədən valyuta axınının qarşısını alacaq
12:44
UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Müəllimlər Günü münasibətilə paylaşım edib
12:41
Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
12:32
Azərbaycan və İtaliya “yaşıl enerji” tədarükünün genişləndirilməsini müzakirə edib
12:24
Azərbaycan Hidrogen Şurası ilə enerji əməkdaşlığını müzakirə edib
12:15
Azad edilmiş ərazilərə köçürülən 2800 -ə yaxın sakinin məşğulluğu təmin edilib
11:48
ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə səfər edəcək
11:46
“İmarət” stadionu bölgədə beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq
11:35
Numan Kurtulmuş: Bir çox terror təşkilatları, o cümlədən PKK vasitəsilə Türkiyəyə təzyiq edilir
11:34
Ermənilərin Azərbaycanın dinc şəhərlərini ikinci dəfə bombalamasından dörd il ötür
11:25
Hamburqda Marburq virusu həyəcanı: İki platforma bağlandı
11:17
G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib
11:15
İki Almaniya 34 ildən sonra da tam birləşə bilmədi
11:10
Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum edib
11:06
Türkiyədən Yunanıstana keçmək istəyən 24 miqrant saxlanılıb
10:48