Bayram günlərində hava proqnozu
REGİONAL MƏTBUAT
21:37
09.04.2024
Baxılıb: 2392
Bayram günlərində hava proqnozu
Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Lakin, aprelin 10-u gündüz və 11-i gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi aprelin 10-u axşamdan şimal-qərb küləyi ilə əvəz olunacaq, 11-i gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.

Bölgələrdə də, hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i günün ikinci yarısınadək arabir yağıntılı olacaq. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Aprelin 11-i axşam yağıntılar tədricən kəsiləcək, 12-də əsasən yağmursuz keçəcək.
Digər xəbərlər