Cənubi Koreyanın Puçxon şəhərində oteldə baş verən yanğın nəticəsində ən azı 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
“Yanğın doqquz mərtəbəli binanın səkkizinci mərtəbəsində baş verib, alov bütün binaya yayılmayıb, lakin səlahiyyətlilər tüstüdən ölənlərin sayının artacağından ehtiyat ediblər”, - məlumatda bildirilib.
Yanğının söndürülməsinə 150 yanğınsöndürən və 46 ədəd xüsusi texnika cəlb olunub.