İrəvanda 71 yaşlı kişi evinin balkonundan Ermənistanın Baş nazir Nikol Paşinyana alma atıb.
APA xəbər verir ki, Paşinyan velosipedlə Sevan şəhərinə hərəkət edən zaman İrəvanın Kanaker-Zeytun rayonunun sakinlərindən biri 9-cu mərtəbədə yerləşən evinin balkonundan ona alma tullayıb.
Almanın Paşinyana dəyib-dəymədiyi bilinməsə də, əməli törədən 71 yaşlı sakinin kimliyi müəyyən edilib və o, saxlanılıb.
İstintaq Komitəsi faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi qaldırıb.