Burkina-Fasonun Sanmatenqa əyalətinin Barsaloqo kommunasına silahlı terrorçu qrupların hücumu nəticəsində 200-ə qədər insan həlak olub.
“Report” xəbər verir ki, bu barədə RFI radiostansiyası Afrika respublikasının təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hücum şənbə günü, avqustun 24-də baş verib. Ölənlər arasında mülki vətəndaşlar, əsgərlər və könüllülər də var. Eyni zamanda bir neçə hərbçi də itkin düşüb.
Radiostansiya bildirib ki, xəsarət alan azı 140 nəfər tibb müəssisələrinə yerləşdirilib.