Mingəçevirdə inşa edilən elektrik stansiyası üçün turbin və generator gətirilib
REGİONAL MƏTBUAT
11:54
26.08.2024
Baxılıb: 1084
Mingəçevirdə inşa edilən elektrik stansiyası üçün turbin və generator gətirilib

Mingəçevir şəhərində “AzərEnerji” ASC tərəfindən yeni tikilən, Azərbaycanın ən böyük elektrik stansiyası üçün İtaliyadan gəmi vasitəsilə daha bir dəst turbin və generator gətirilib.

“Report”un quruma istinadən verdiyi məlumata görə, hər birinin çəkisi 300 tondan artıq olan turbin və generator Bakıda ağır tonnajlı kranlarla xüsusi qoşqulu daşınma vasitələrinə yüklənib.

Yükün hündürlüyü 6 metr olduğundan Mingəçevirə qədər yol boyu körpülərin altı qazılıb və keçid təmin edilərək yollar bərpa edilib. Ümumi gücü 1 880 meqavat olan yeni elektrik stansiyasında yerinə qoyulan avadanlıqların dərhal quraşdırılmasına başlanılıb. Yeni elektrik stansiyasında 4 ədəd turbin və generator olmalıdır ki, onlardan artıq üç dəsti gətirilib və son dəst turbin-generator da yaxın vaxtlarda ölkəyə çatdırılacaq.

Belə ki, İtalyadan yola çıxan sonuncu turbin, generator gəmi ilə gətirilir, gələn ay Bakıya çatdırılacaq. Çindən gələn 8 ədəd transformator isə artıq Bakıya çatdırılıb. Bundan başqa util qazanın hissələrindən ibarət sonuncu gəmi bir neçə günə Poti limanına çatacaq və avadanlıqlar Mingəçevirə daşınacaq.

Qeyd edək ki, gücünə görə ölkənin ən böyük elektrik stansiyası olacaq bu enerji obyekti son illərdə sürətlə yaradılan bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, enerji istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması, ətraf mühitin qorunması baxımından xüsusi önəm daşıyır.

Belə ki, “AzərEnerji” tərəfindən yeni tikilən stansiyanın şərti yanacaq sərfiyyatı “Azərbaycan” İstilik Elektrik Stansiyasının digər blokları ilə müqayisədə hər kilovat saat üçün 120 qram azalmaqla 225 qram təşkil edəcək ki, bununla da illik 1,2 milyard kubmetr təbii qaza qənaət ediləcək, eyni zamanda ətraf mühitə atılan karbon qazının miqdarı 2 milyon ton azalacaq.

Nəzərə çatdıraq ki, BMT-nin İqlim Dəyişikliyi ilə bağlı əsas müddəaları arasında “yaşıl enerji” və enerjinin effektivliyi öndə gəlir. Yeni tikilən stansiyası da bu cəhətdən olduqca əhəmiyyətlidir.

 

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
19:25
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
19:14
Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
19:13
Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb
19:01
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar
15:36
"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15:34
“Boris” qasırğası Mərkəzi Avropanı su basıb
15:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:19
8 ayda dəmir yolu ilə Türkiyə əhalisinin iki qatı sərnişin daşınıb
15:12
Türkiyənin yerli və milli silahları “Polad günbəz”i bənzərsiz edəcək
15:09
Bayraktar TB3 silahlı PUA TCG Anadolu ilə görüşür
14:58
Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
14:52
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
14:03
Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib
13:59
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05