Rus Pravoslav Kilsəsi Patriarxının nümayəndə heyəti avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olub
REGİONAL MƏTBUAT
18:48
26.08.2024
Baxılıb: 1128
Rus Pravoslav Kilsəsi Patriarxının nümayəndə heyəti avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olub

Moskva və Bütün Rusiya Patriarxı Kirillin xüsusi tapşırığı əsasında Azərbaycanda səfərdə olan Rus Pravoslav Kilsəsi Patriarxının nümayəndə heyəti avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olub.

AZƏRTAC xəbər verir ki, Rus Pravoslav Kilsəsinin Xarici Əlaqələr şöbəsinin sədri Mitropolit Antoniyin rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, VI çağırış Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan-Rusiya əlaqələrinin çox möhkəm olduğunu və tarixi köklərə əsaslandığını bildirib. Vurğulayıb ki, ölkələrimizi həm də siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq əlaqələri bağlayır.

Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdən danışan şeyxülislam Allahşükür Paşazadə Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda ölkəmizə səfərinin əlaqələrimizin yeni və yüksək mərhələyə keçməsində rolunu qeyd edib. “Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Biz bir ailəyik. Bu ailənin hər bir üzvü özünü doğma evində hiss edir. Çünki Azərbaycan tolerant ölkədir və müxtəlif dinlərdən olan xalqlara, insanlara eyni səviyyədə hörmət göstərilir, onların hüquqları qorunur”, - deyə A.Paşazadə vurğulayıb.

Azərbaycan-Ermənistan münasibətlərinə də toxunan QMİ sədri dini rəhbərlərin də üzərinə məsuliyyət düşdüyünü, onlara münaqişə və müharibələrin alovlandırılmasında deyil, söndürülməsində maraqlı olmalarını tövsiyə edib. Bildirib ki, Ermənistan kilsəsi münasibətləri normallaşdırmaqda deyil, qızışdırmaqda maraqlıdır və bu da təəssüf doğurur.

Sonra çıxış edən Rus Pravoslav Kilsəsi Patriarxının nümayəndə heyətinin rəhbəri, Rus Pravoslav Kilsəsinin Xarici Əlaqələr şöbəsinin sədri Mitropolit Antoniy QMİ sədrinin səmərəli fəaliyyətindən məmnunluğunu ifadə edib. M.Antoniy şeyxülislamı ad günü münasibətilə təbrik edərək, onun din-dövlət münasibətlərinin yüksək səviyyədə aparılması, tərəqqi və əmin-amanlıq naminə səylərini yüksək qiymətləndirib.

O, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin şeyxülislam Allahşükür Paşazadəyə ad günü münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.

M.Antoniy, həmçinin QMİ sədrini Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin adından Kiyev, Moskva və bütün Rusiya mitropoliti müqəddəs Aleksiy ordeni ilə təltif edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01