Siciliyada quraqlıq görünməmiş su çatışmazlığına səbəb olub
REGİONAL MƏTBUAT
18:15
27.08.2024
Baxılıb: 951
Siciliyada quraqlıq görünməmiş su çatışmazlığına səbəb olub

Dörd il davam edən rekord dərəcədə zəif yağıntıdan sonra İtaliya hökuməti may ayında payız yağış mövsümünə qədər ehtiyatları səmərəli idarə etmək üçün fövqəladə vəziyyət elan edib, lakin o vaxtdan bəri vəziyyət daha da pisləşib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Siciliya adasında quraqlıq o qədər artıb ki, Kaltanissetta şəhərinin bir çox sakinləri artıq iki aydır ki, susuz yaşayırlar və bu da qeyri-qanuni fərdi su satıcılarına xeyli gəlir gətirib. Kaltanissettada səlahiyyətlilər ərazidən asılı olaraq həftədə bir neçə saat və ya iki həftədə bir dəfə müntəzəm su təchizatı təmin edirlər.

Mərkəzi Siciliyanın onlarla şəhərində su kartlarla verilir, buna görə də sakinlər sisternli avtomobillərə ümid etməyə məcbur olur ki, bu da ailələrə və müəssisələrə ayda orta hesabla 300 avroya başa gəlir. Lakin sisternli avtomobillərlə su təchizatı əhalinin sağlamlığı üçün potensial risklərə malikdir, çünki onların çoxu nəzarətsiz işləyir, keyfiyyətsiz mənbələrdən olan suyu çatdırır. Bu il Siciliyanın bir neçə şəhərinin səlahiyyətliləri çirkli su satdıqlarına görə vicdansız satıcıları minlərlə avro məbləğinə cərimələyiblər.

Xroniki su qıtlığı Siciliya sakinləri üçün yenilik deyil, onların çoxunun bu problemin öhdəsindən gəlmək məqsədilə evlərinin damında və ya yer altında su anbarları var. Lakin quraqlıq getdikcə daha uzunmüddətli olduğuna görə onlar kifayət etmir.

Daimi içməli su təchizatı tələb edən müəssisələr, məsələn, restoranlar tələbatın təklifi üstələməsi və qiymətlərin artması səbəbindən narazıdır. Bir çox sisternli avtomobil sahibləri vəziyyətdən istifadə edərək suyun çatdırılması üçün şişirdilmiş məbləğlər tələb edirlər. “Bu, şantaja bənzəyir”, - deyə Kaltanissettadakı restoran sahibləri qəzəblə bildirirlər.

Siciliyanın mülki müdafiə departamentinin direktoru Salvatore Koçinanın sözlərinə görə, ada yeni su mənbələri axtarır və tərk edilmiş quyuları təmir edir, lakin vəziyyət o qədər gərgindir ki, müstəsna hallarda şəhər merləri öz səlahiyyətlərindən istifadə edərək quyu sahiblərini öz qiymətli sularını könüllü şəkildə bölüşməyə razı salmağa çalışmalıdırlar. Koçina feysbuk hesabında onların səxavətinin mükafatlandırılacağını yazıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
19:25
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
19:14
Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
19:13
Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb
19:01
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar
15:36
"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15:34
“Boris” qasırğası Mərkəzi Avropanı su basıb
15:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:19
8 ayda dəmir yolu ilə Türkiyə əhalisinin iki qatı sərnişin daşınıb
15:12
Türkiyənin yerli və milli silahları “Polad günbəz”i bənzərsiz edəcək
15:09
Bayraktar TB3 silahlı PUA TCG Anadolu ilə görüşür
14:58
Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
14:52
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
14:03
Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib
13:59
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05