Almaniyaya xəbərdarlıq: Reyn çayında çirklənməni dayandırın
REGİONAL MƏTBUAT
13:59
04.09.2024
Baxılıb: 1100
Almaniyaya xəbərdarlıq: Reyn çayında çirklənməni dayandırın

Hollandiya Almaniyanı Reyn çayına PFAS kimyəvi tullantılarını dayandırmağa çağırıb. Bildirilib ki, bu çirklənmə suyun keyfiyyətinə və içməli su ehtiyatlarına təhlükə yaradır.

 

Hollandiyadakı içməli su şirkətləri Almaniyanın Ətraf Mühit naziri Steffi Lemkeyə məktub yazaraq, zəhərli PFAS kimyəvi maddələrinin Reyn çayına axıdılmasına məhdudiyyət qoyulmasını tələb ediblər. Reyn çayı Hollandiyada bir çox ev təsərrüfatları üçün vacib şirin su mənbəyi kimi seçilir.

 

Hollandiya İçməli Su Şirkətləri Assosiasiyası (RIWA) vəziyyəti tənqid edərək, "Niderlandda önümüzdəki illərdə təmiz içməli suya tələbat artacaq, lakin Almaniyada sənaye tullantıları səbəbindən bu suyun təmin edilməsi getdikcə bahalaşır" dedi.

 

RIWA Almaniyanın Reyn çayına atdığı kimyəvi tullantıların həm milli, həm də Avropa suyun keyfiyyət standartlarını pozduğunu iddia edib. Razılaşmaların lazımi səviyyədə yerinə yetirilmədiyini vurğulayan RIWA, bəzi bölgələrdə razılaşdırılmış miqdarda PFAS kimyəvi maddələrinin çaya 10 dəfə atıldığını və suyun tərkibində PFAS-ın təhlükəsiz həddən 3-4 dəfə artıq olduğunu bildirib.

 

PFAS təxminən 4000 bioparçalanmayan kimyəvi maddəni əhatə edən bir termindir və tez-tez yapışmayan tavalarda və suya davamlı yağış paltarlarında istifadə olunur. PFAS çirklənməsi Hollandiyada ciddi problemə çevrilib. İyul ayında səlahiyyətlilər, dəniz köpüyündə yüksək miqdarda PFAS olduğuna görə uşaqların çimərliklərdə oynamaması barədə xəbərdarlıq etdi.

 

Avropa Pestisidlərlə Fəaliyyət Şəbəkəsinin araşdırmasına görə, Hollandiya və Belçikada meyvə və tərəvəzlərin 27 faizində PFAS pestisidləri aşkar edilib. Bundan başqa, ölkədə hobbi məqsədilə yetişdirilən toyuqların yumurtalarında da bu kimyəvi maddə aşkar edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
19:25
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
19:14
Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
19:13
Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb
19:01
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar
15:36
"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15:34
“Boris” qasırğası Mərkəzi Avropanı su basıb
15:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:19
8 ayda dəmir yolu ilə Türkiyə əhalisinin iki qatı sərnişin daşınıb
15:12
Türkiyənin yerli və milli silahları “Polad günbəz”i bənzərsiz edəcək
15:09
Bayraktar TB3 silahlı PUA TCG Anadolu ilə görüşür
14:58
Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
14:52
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
14:03
Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib
13:59
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05