SPD Brandenburqda birinci partiyadır
REGİONAL MƏTBUAT
11:43
23.09.2024
Baxılıb: 813
SPD Brandenburqda birinci  partiyadır

Brandenburqda keçirilən əyalət parlament seçkilərində SPD 30,9 faiz səslə qalib gəlib. İfrat sağçı AfD 29,2 faizlə ikinci yerdədir.

 

Brandenburq seçki şurasının açıqladığı müvəqqəti nəticələrə görə, SPD 1990-cı ildən bu yana səkkizinci dəfə seçki qələbəsini qazanıb və əvvəlki seçki ilə müqayisədə səs nisbətini 4,7 bal artırıb. Anketlərdə uzun müddət öndə olan ifrat sağçı Almaniya üçün Alternativ (AfD) Partiyası 2019-cu il seçkiləri ilə müqayisədə səslərini 5,7 bal artıraraq 29,2 faiz səslə ikinci yerdə qərarlaşıb.

 

Seçkilərə ilk dəfə qatılan Sara Vaqenknext  Alyası (BSW) 13,5 faiz səslə üçüncü partiya oldu. Xristian Demokratik Birlik Partiyası (CDU) 12,1 faizlə tarixinin ən pis nəticəsini alıb. Yaşıllar, Sol Partiya, Azad Demokrat Partiyası (FDP) və Azad Seçicilər 5 faizlik baryeri keçərək parlamentə daxil ola bilməyiblər. Bu nəticələrlə yalnız 4 partiya əyalət parlamentinə daxil ola bildi.

 

Seçkilərdə iştirak nisbəti 72,9 faizlə indiyədək ən yüksək səviyyəyə çatıb.

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası üçün ABŞ-da səfərdə olan Baş nazir Olaf Şolz seçkidə qazanılan qələbəni "Əlbəttə yaxşı. Qələbə qazanmağımız çox gözəldir" dedi. O, bunu öz sözləri ilə dəyərləndirib.

 

Voidke CDU ilə koalisiya danışıqlarına başlayacaq

Brandenburq əyalətinin baş naziri Dietmar Voidke əyalət seçkilərindəki nəticələri SPD üçün böyük uğur kimi qiymətləndirdi. Voidke ilk olaraq CDU ilə koalisiya danışıqlarına başlamağı planlaşdırdığını açıqladı.

 

Brandenburqda iqtisadi artımı davam etdirəcəklərini ifadə edən Voidke, AfD-nin yüzdə 30-a yaxın səs toplamasının siyasi partiyalara bir xəbərdarlıq olduğunu söylədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
64 yaşlı xəstənin ürək qapağı əməliyyatsız dəyişdirilib
00:24
Mövsümi dəyişikliklər psixi sağlamlığa necə təsir edir?
00:21
Mövsümi dəyişikliklər psixi sağlamlığa necə təsir edir?
00:17
Discordda nəzarətin olmaması qeyri-qanuni fəaliyyətlərə gətirib çıxarır
00:13
Bilirdən "kiber zorakılıq" xəbərdarlığı
00:09
Böyük ekranda süni intellekt: kinonun gələcəyi yenidən yazılırmı?
00:07
Yuxular arasında ünsiyyət reallığa çevrilib
00:00
Ailələrə internet asılılığı xəbərdarlığı: Yaş azaldıqca risk artır
00:00
Dünya Bankı Azərbaycanın enerji səmərəliliyinin artırılması nəticəsində əldə edəcəyi gəlirləri açıqlayıb
18:40
Putin və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
18:38
Muxtar Babayev ABŞ Prezidentinin baş müşaviri ilə görüşüb
18:12
Azərbaycan BƏƏ ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib
18:10
İsrail Livanda BMT-nin qərargahına zərbə endirib, iki sülhməramlı yaralanıb
18:08
Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə edilməsi ilə bağlı 12 poliqon yeri seçilib
18:07
Çin ABŞ şirkətlərinə sanksiya tətbiq edib
18:05
Aytən Hacıyeva: “BP “yaşıl enerji” layihələri ilə regionda emissiyaları 11 % azaldacaq”
17:58
Samir Məmmədov: "İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib"
17:57
İrakli Kobaxidze: "Anakliya limanı Gürcüstanın Orta Dəhlizdə əlaqələndirici rolunu genişləndirəcək"
17:52
Nazirlik rəsmisi: "Sənayenin hərtərəfli inkişafa və şaxələndirməyə ehtiyacı var"
17:50
İran XİN başçısı: Tehran Vaşinqtonla üçüncü tərəf vasitəsilə diplomatik təmasdadır
17:48