Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında yeni əməliyyat keçirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, İraqın şimalındakı "Pençe-Kilit" əməliyyat bölgəsində 2, Suriyanın şimalındakı "Fırat Kalkanı" əməliyyat bölgəsində isə 1 PKK terrorçusu öldürülüb.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.