Ölümsüz hesab edilən bu canlı xərçəngin yoluxucu formasını yarada bilir
REGİONAL MƏTBUAT
10:15
24.09.2024
Baxılıb: 2001
Ölümsüz hesab edilən bu canlı xərçəngin yoluxucu formasını yarada bilir

Ölümsüz hesab edilən bu canlı xərçəngin yoluxucu formasını yarada bilir

Təbiətdə ölməz hesab edilən hidra adlanan meduzaya bənzər canlılar həddindən artıq qidalandıqda şiş əmələ gələ bilir və bu şişlər öz klonları vasitəsilə sonrakı nəsillərə ötürülə bilər. Hidra ilə bağlı yeni bir araşdırma xərçəngin yoluxucu növləri haqqında ümumi anlayışımızı dəyişdirir.

 

Şişlər çoxhüceyrəli canlılar üçün qaçılmaz risk olsa da, fərdlər arasında keçə bilən xərçəng növləri çox nadirdir.

 

Bu xərçəng növünün ən məşhur nümunələri arasında Tasmaniya şeytanlarına təsir edən iki xərçəng növü, itlərdə görülən başqa bir nümunə və balıqqulağı  kimi qabıqlı canlılarda müşahidə edilən 11 hadisə daxildir.

 

Təkamülçü ekoloq Sofi Tissot və onun Fransa Milli Elmi Tədqiqat Mərkəzindən (CNRS) komandası yoluxucu xərçənglərin mənşəyini araşdırmaq üçün fərqli bir yol tutdu.

 

Tədqiqatçılar hidra adlı şirin su canlısında şişlərin laboratoriya şəraitində həddindən artıq qidalanma nəticəsində necə yarandığını və onların nəsildən-nəslə necə keçdiyini müşahidə ediblər.

 

Ölümsüz hesab edilən bu canlı xərçəngin yoluxucu formasını yarada bilir

 

Yoluxucu xərçəngin izləri

Şirin suda yaşayan və meduza və dəniz anemonları ilə əlaqəli olan Hydra oliqactis "ölməz" sayılır.

 

Özünü çoxaldan bu canlı öz surətlərini çıxararaq çoxalır. Tədqiqat şişin inkişafı və bu şişlərin sonrakı nəsillərə necə ötürülməsi ilə bağlı yeni tapıntıları ortaya qoydu.

 

Tədqiqatda həddindən artıq qidalanma şəraitində şiş inkişafını göstərən 50 hidra araşdırıldı.

 

Tədqiqatçılar bu canlıları beş nəsil boyu müşahidə edərək, şişlərin necə irsi keçdiyini müşahidə ediblər.

 

Müəyyən edilmişdir ki, şişi olmayan hidraların nəsilləri ilə müqayisədə şişi olan hidraların törəmələrində şişlərin əmələ gəlmə ehtimalı dörd dəfə çoxdur.

 

Ölümsüz hesab edilən bu canlı xərçəngin yoluxucu formasını yarada bilir

 

Ekosistemlər üçün təhlükə ola bilər

Tissot və komandası deyir ki, bu tapıntılar yoluxucu xərçənglərin yayılmasına səbəb ola biləcək ətraf mühit şəraitinin yenidən qiymətləndirilməsinin zəruriliyini vurğulayır.

 

Xüsusilə insan fəaliyyəti ekosistemləri pozduqda yoluxucu xərçənglərin yayılmasını asanlaşdıra biləcək şərtlərin yarana biləcəyi bildirilir.

 

Araşdırmanın nəticələri Proceedings of the Royal Society B jurnalında dərc olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51