Tramp Zelenski ilə Nyu Yorkdakı göydələnində görüşəcək
REGİONAL MƏTBUAT
08:15
27.09.2024
Baxılıb: 337
Tramp Zelenski ilə Nyu Yorkdakı göydələnində görüşəcək

 

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini Nyu Yorkdakı “Trump Tower” göydələnində qəbul edəcəyini deyib. Bundan əvvəl Zelenski ABŞ prezidenti Co Baydenlə görüşüb.
ABŞ prezidentliyinə namizəd Donald Tramp cümə axşamı, sentyabrın 26-da keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Vladimir Zelenski ilə Nyu-Yorkdakı Trump Tower göydələnində görüşəcəyini bildirib. Trampın sözlərinə görə, görüş ABŞ-ın şərq sahili vaxtı ilə saat 09.45-ə (Moskva vaxtı ilə 16.45) planlaşdırılıb. Zelenskinin özü və komandası hələlik bu məlumatı təsdiqləməyib.

Eyni zamanda Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki bloqunda Ukraynanın ABŞ-dakı səfirinin müavinindən aldığı iddia edilən məktubu yerləşdirib. Orada Vladimir Zelenski adından “bir-birimizi 100 faiz başa düşmək üçün” şəxsən görüşmək xahiş olunur. Digər mənbələrdən də bu məktubun həqiqiliyinin təsdiqi yoxdur.

Media yazır ki, Tramp Zelenski ilə görüşdən əvvəl Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşəcək.

Bu arada Vladimir Zelenski ABŞ-a səfərini daha bir gün uzadıb. "Amerikanın səsi"nin Ukrayna xidmətinin Ağ Evdəki müxbiri Yuliya Yarmolenko bu barədə X sosial şəbəkəsində nümayəndə heyətindəki mənbələrə istinadən məlumat verib, o əlavə edib ki, hələlik Zelenski ilə Tramp arasında mümkün görüş barədə məlumat yoxdur.

Digər xəbərlər