2050-ci ilə qədər gənclərin təxminən 40 faizi miyopik ola bilər
REGİONAL MƏTBUAT
15:07
06.10.2024
Baxılıb: 2696
2050-ci ilə qədər gənclərin təxminən 40 faizi miyopik ola bilər

2050-ci ilə qədər gənclərin təxminən 40 faizi miyopik ola bilər
Yeni hesablamalara görə, dünyada sürətlə artan miyopi epidemiyası həyəcan verici səviyyələrə çatır. 2050-ci ilə qədər 740 milyondan çox uşaq və yeniyetmənin uzaq məsafələrdə olan obyektləri görməkdə çətinlik çəkə biləcəyi proqnozlaşdırılır.
Bu həyəcanverici proqnozlar 2023-cü ilə qədər 50 ölkədən toplanmış məlumatların qlobal icmalına əsaslanır.

Əvvəlki proqnozlar 2015-ci ilə qədər olan məlumatlardan istifadə edərək, 2050-ci ilə qədər dünya əhalisinin yarısının miyopi olacağını proqnozlaşdırırdı.

Çinin Sun Yat-Sen Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi yeni analiz 5,4 milyon uşaq və yeniyetməni və 2 milyona yaxın miyopi hadisəsini əhatə edən 276 araşdırmaya əsaslanır.

Asiyada miyopi nisbəti yüzdə 70-ə çata bilər
1990-2023-cü illər arasında 5-19 yaşlı insanlarda miyopiyanın qlobal nisbəti 24 faizdən 36 faizə yüksəldi.

Miyopi nisbətinin ən yüksək olduğu ölkə yüzdə 86 ilə Yaponiya olarkən, ən aşağı nisbət yüzdə 0,84 ilə Paraqvayda müşahidə olunub.

Əgər uşaqlar və yeniyetmələr arasında miyopi nisbəti bu sürətlə artmağa davam edərsə, 2050-ci ilə qədər dünya üzrə gənc əhalinin təxminən 40 faizinin miyopiyaya məruz qalacağı gözlənilir.

Xüsusilə Asiyada bu nisbətin 70 faizə yaxınlaşa biləcəyi təxmin edilir.

Pandemiya miopiyanı artırdı
Bildirilib ki, son 30 ildə, xüsusilə 2020-ci ildən sonra təkcə bir neçə regionda deyil, bütün dünyada miyopiya nisbətlərinin artması müşahidə olunub.

Bundan əlavə, COVID-19 pandemiyası zamanı uşaqlar arasında miyopiya nisbətinin pisləşdiyinə dair sübutlar var.

Honq-Konqda 6-8 yaş arası 709 uşaq üzərində aparılan araşdırma pandemiyanın ilk ilində miopiyanın sürətlə artdığını aşkar edib.

Miyopiyada genetik faktorların rol oynadığı bilinsə də, bütün dünyada bu qəfil artımı tam izah edə bilmir.

Tədqiqat göstərdi ki, iki valideyni miyopi olan bir uşaq çöldə kifayət qədər vaxt keçirməzsə, miyopi riski yüzdə 60-a qədər artır.

Uşaqların pandemiya zamanı daha çox qapalı məkanlarda qalmaları və distant təhsillə ekran qarşısında uzun müddət qalmaları miyopiya riskini artıran amillərdən biri olaraq görülür.

Tədqiqatçılar xüsusilə məktəbəqədər yaşlı uşaqların görmə inkişafı dövründə yüksək səviyyədə elastikliyə malik olduqlarına diqqət çəkirlər.

Təhsil illəri ilə miyopi arasında əlaqə
Tədqiqatçılar Asiyada miopiyanın yüksək nisbətlərini illərlə təhsillə əlaqələndirirlər. Sinqapur və Honq Konqda uşaqlar təhsilə cəmi iki və ya üç yaşından başlayırlar. Erkən yaşda başlayan təhsil proseslərinin uşaqlıqda miyopiya nisbətlərinə təsir edə biləcəyi düşünülür.

Bu tapıntılar zamanla gənc əhalidə miyopiya nisbətlərini daha yaxşı başa düşmək və gələcəkdə göz sağlamlığını qorumaq üçün mühüm addım hesab olunur.

Tədqiqatçılar vurğulayırlar ki, miyopiyanın niyə artdığını müəyyənləşdirmək və gələcək nəsildə görmə qabiliyyətinin itirilməsinin qarşısını almaq üçün dəlillərə əsaslanan həllər hazırlamaq çox vacibdir.

Tədqiqat British Journal of Ophthalmology jurnalında dərc olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13