ABŞ-də ermənilər 54 milyon dollardan çox pulu mənimsəyiblər
REGİONAL MƏTBUAT
21:00
13.10.2024
Baxılıb: 1580
ABŞ-də ermənilər 54 milyon dollardan çox pulu mənimsəyiblər

ABŞ-nin Kaliforniya ştatında iki erməni - bir kişi və qadın, xəstəxana xidmətləri və diaqnostik testlər üçün saxta sənədlərlə 54 milyon dollardan çox “Medicare” tibbi proqram fırıldaqçılığında, milyonlarla dollarlıq qızıl sikkələr və külçələr alaraq qanunsuz vəsaitlərin yuyulmasında təqsirləndirilir.

“Report” xəbər verir ki, bu barədə “USA Today” federal hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında deyilir ki, Los-Ancelesdən olan 36 yaşlı Sofiya Şaklyan və 47 yaşlı Aleks Aleksanyan çərşənbə günü 24 nəfərlik federal ittiham əsasında həbs ediliblər.

Federal prokurorlar bildiriblər ki, Şaklyan 16 tibbi fırıldaqçılıq əməli və dörd çirkli pulların yuyulması cinayətində, Aleksanyan isə çirkli pulların yuyulması üçün əlbirlikdə, habelə çirkli pulların yuyulması ilə bağlı 3 cinayətdə ittiham olunur.

ABŞ Prokurorluğunun məlumatına görə, 2019-cu ilin martından 2024-cü ilin avqustuna qədər Şaklyan Los-Anceles dairəsində “Medicare” proqramında qeydiyyatdan keçmiş yeddi tibb işçisinə saxta sənədlər verib.

Məlumata görə, Şaklyana məxsus şirkət “Chateau d'Lumina Hospis and Palliativ Care” və bir sıra diaqnostik test şirkətləri, o cümlədən “Saint Gorge Radiology and Diaqnostics”, “Medicare”yə heç vaxt göstərilməyən və lazım olmayan xidmətlər üçün 54 milyon dollar saxta sənəd təqdim edib.

Federal prokurorlar qeyd ediblər ki, Şaklyan və Aleksanyan bu cinayətlərdən ümumilikdə 23 milyon dollardan çox pul qazanıblar. ABŞ Prokurorluğundan verilən məlumata görə, Şaklyan həm də öz şirkətinə ödənilən “Medicare” vəsaitlərini saxta “Varsenik Babayan” adı altında hesablara köçürməklə yuyulmaqda ittiham olunur.

Aleksanyan eyni zamanda bir əcnəbi vətəndaşa Kaliforniyanın Silmar şəhərində “Saint Gorge” Diaqnostika və Radiologiya Mərkəzi açmağı və “Console Hospice” tibb şirkətini almağı tapşırıb. Federal prokurorların bildirdiyinə görə, bundan sonra Aleksanyan şirkətlərə, onların bank hesablarına və xarici vətəndaşların şəxsi bank hesablarına nəzarəti ələ keçirib.

Aleksanyan həmçinin digər cinayətlərdə də ittiham olunur.

ABŞ Prokurorluğu qeyd edib ki, şübhəli şəxslər “Medicare” ödənişlərini və hesablarına “Babayan” adı ilə yatırılan vəsaitləri yumaq üçün 6 milyon dollardan çox qızıl külçə və sikkələr alıblar. Cinayət sübuta yetirilərsə, Şaklyanı səhiyyə sahəsində fırıldaqçılıqda hər bir fakta görə 10 ilədək, çirkli pulların yuyulmasına görə isə 20 ilə qədər həbs cəzası gözləyir. Aleksanyan ittihamlar üzrə təqsirli bilinsə, hər bir maddə üzrə 20 ilə qədər həbs oluna bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51