Fransa Afrika xalqlarının hüquqları uğrunda mübarizəni boğa bilmədi: Kemi Seba azadlıqda
REGİONAL MƏTBUAT
15:19
17.10.2024
Baxılıb: 637
Fransa Afrika xalqlarının hüquqları uğrunda mübarizəni boğa bilmədi: Kemi Seba azadlıqda

Fransada həbs edilən Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Seba azadlığa buraxılıb.

"Report"un məlumatına görə, maraqlıdır ki, Kemi Seba Parisdə polis əməkdaşları tərəfindən yox, məhz elə Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

K.Seba xarici ölkələrlə əməkdaşlıqda ittiham edilib. Onu bu ittihamla 30 ilədək həbs gözləyirdi. Lakin məhkəmədə bununla bağlı hər hansı fakt sübuta yetirilməyib.

Qeyd edək ki, K.Seba oktyabrın 15-də Fransa xüsusi xidmət orqanları tərəfindən Parisdə həbs edilib. K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.

K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.

Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib.

Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.

K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var – o, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Emin Əmrullayev: Təhsildə 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük
21:27
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
21:25
Türkiyə Türkmənistan qazının Azərbaycan ərazisindən nəqlini mümkün hesab edir
20:43
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri ilə görüşüb
20:27
SOCAR ABŞ şirkəti ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq imkanını araşdırır
19:03
IRENA: Bərpa olunan enerji mənbələri üzrə bir-biri ilə əlaqəli şəbəkələr lazımdır
19:01
"Silk Way Group" COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib
19:00
SOCAR “İtalgas” şirkəti ilə əməkdaşlığa dair saziş imzalayıb
18:57
Azərbaycanın bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək
18:49
Bakı limanının tikintisinin II fazası çərçivəsində əsasən konteyner yüklərinə diqqət yetiriləcək.
18:48
Azərbaycan neftinin 1 barelinin 73,72 ABŞ dolları təşkil edib
18:46
Öz gözündə tiri görməyən Avropa başqasının gözündə çöp axtarır
18:45
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 106,45 min ton pambıq mahlıcı ixrac edib
18:43
"JP Morgan": "Şirkətlərin iqlim keçidi lə bağlı dürüst fəaliyyəti mühüm amildir"
18:41
İranda qadınlara qarşı iki yüzdən artıq cinayət törədən şəxs edam olunub
16:16
Pərviz Şahbazov: “Azərbaycan 2030-cu ilədək meqa layihələr həyata keçirəcək”
16:15
Dövlət başçısı: Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib
16:12
Xərçəng şişinə qarşı T-hüceyrələrin təsirini gücləndirən yeni anticisim yaradılıb
14:38
Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb
14:37
Avropa Komissiyası Aİ ölkələrinin hərbi ehtiyaclarına təxminən 400 milyard avro xərcləyəcək
14:35