Aİ-nin sammiti Gürcüstanın icmaya qəbul prosesinin faktiki bloklandığını elan edərək, ölkəni Avropa dəyərlərini pozmaqda ittiham edib.
Bu barədə sammitin yekun bəyanatında deyilir.
"Avropa Şurası Gürcüstan hökumətinin Avropa İttifaqının əsas götürdüyü dəyər və prinsiplərə qarşı çıxdığı kursdan ciddi narahatlığını ifadə edir. Bu, Gürcüstanın Avropa yolunu sarsıdır və faktiki olaraq Aİ-yə qəbul prosesini dayandırır", - bəyanatda deyilir