Azərbaycana aid 20-yə yaxın üzüm sortunun erməniləşdirilməsinin qarşısı alınıb
REGİONAL MƏTBUAT
15:52
19.10.2024
Baxılıb: 718
Azərbaycana aid 20-yə yaxın üzüm sortunun erməniləşdirilməsinin qarşısı alınıb

Beynəlxalq Vitis katoloquna (VİVC) erməni mənşəli kimi daxil edilmiş 20-yə yaxın yerli üzüm sortunun molekulyar-genetik üsullarla Azərbaycan mənşəli oduqları sübut edilib və bazada müvafiq dəyişiklik edilib.

Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov bildirib.

"Bunların arasında ən qədim və qiymətli “Mələyi”, “Xındognı”, “Hərnə-qırna”, “Misqalı”, “Ağ Aldərə”, “Hüseyni”, “Gülabı”, “Növrəst” və başqa sortlar var. Bununla yanaşı, ötən il təmiz genetik profilə malik olan 10 yerli üzüm sortumuz ("Sultanşirə", "Novxanı qırmızı üzümü", "Sultanı kişmişi", "Gecdəyən ağ üzüm", "Zaqatala ağ üzümü", "Qara şanı", "Şirvanşahı", "Qaraşirə", "Qızıl üzüm", "Elmin") VİVC katoloquna daxil edilib”, - deyə o qeyd edib.

"Azərbaycan yerli üzüm sortlarının genetik müxtəlifliyinin öyrənilməsi, qorunması, davamlı istifadə edilməsi, bədnam qonşularımızın öz adlarına çıxdığı sortlarımızın əzəli adlarının qaytarılması və mənimsənilmələrinin qarşısının alınması bizim ən vacib işlərimizdən biridir. İndiyə qədər institut üzümün kolleksiya bağını elmi ekspedisiyalar əsasında aşkar edib, toplanan sort və formalarla zənginləşdirib, həmçinin beynəlxalq təşkilatlar və bazalarla (Bioversity İnternational, COST, İNRA, VİVC və s.) əməkdaşlıq nəticəsində morfoloji, deskriptor, genetik əlamətləri təsvir edilməklə beynəlxalq bazalara daxil edib. Hazırda həmin bazalarda Azərbaycanın 400-ə qədər yerli üzüm sortları barədə məlumat mövcuddur.

2019-cu ildən başlayaraq Almaniyanın "İnstitute for Grapevine Breeding Geilweilerhof" İnstitutu ilə əməkdaşlığın nəticəsində 350-dən çox yerli üzüm sort və formalarının molekulyar-genetik tədqiqatları həyata keçirilib. Nəticədə yeni unikal profilə malik genotiplər üzə çıxıb, sortlarımız genetik təmizlənib, onların omonimləri, sinonimləri müəyyən edilib. Bu, gələcəkdə sortlarımızın qorunmasına, sertifikatlı tingçiliyin inkişafına xidmət edəcək. Bununla yanaşı, bu, bizə imkan verir ki, sortlarımızı ermənilərdən qoruyaq. Çünki onlar bizim üzüm sortlarımızı da öz adlarına çıxarmaq istəyirlər”, - deyə direktor əlavə edib.

“Araşdırmalara əsasən hesab edirik ki, üzümün ən qədim vətəni kimi Azərbaycanda 600 adda üzüm sortu əkilib-becərilib. İndiyə qədər elmi əsaslarla öyrənilməyən üzüm sort və formalarımızın aşkar edilib toplanması və onalrın müasir üsullarla öyrənilərək artırılması, qorunub saxlanılması, səmərəli istifadəsi və onlar haqqında lazımı məlumatların beynəlxala məlumat bazalarına yerləşdirlməsi institutumuzun qarşısında duran ən başlıca hədəflərdən biridir”,-deyə V.Səlimov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Xəzər dənizində zəlzələ olub
05:44
Fransada yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb
05:41
Aİ Moldovada dəmir yolu xəttinin yenidən qurulmasına 32 milyon avro ayıracaq
03:49
İtaliyanın Baş naziri Azərbaycana səfərə gəlib
03:45
Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan sülh prosesinin mövcud vəziyyətini müzakirə edib
03:43
Ekvadorda həbsxanada iğtişaşlar nəticəsində 15 nəfər ölüb
03:36
Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi təbrik edirəm
03:36
Alimlər: Dünyadakı nadir meşələrin yarıdan çoxu iqlim səbəbindən yox ola bilər
03:32
Ağ Evdə Baydenlə Tramp arasında görüş olacaq
03:25
Emin Əmrullayev: Təhsildə 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük
21:27
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
21:25
Türkiyə Türkmənistan qazının Azərbaycan ərazisindən nəqlini mümkün hesab edir
20:43
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri ilə görüşüb
20:27
SOCAR ABŞ şirkəti ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq imkanını araşdırır
19:03
IRENA: Bərpa olunan enerji mənbələri üzrə bir-biri ilə əlaqəli şəbəkələr lazımdır
19:01
"Silk Way Group" COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib
19:00
SOCAR “İtalgas” şirkəti ilə əməkdaşlığa dair saziş imzalayıb
18:57
Azərbaycanın bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək
18:49
Bakı limanının tikintisinin II fazası çərçivəsində əsasən konteyner yüklərinə diqqət yetiriləcək.
18:48
Azərbaycan neftinin 1 barelinin 73,72 ABŞ dolları təşkil edib
18:46