“Gürcü Arzusu"nun təmsilçisi: Bizi sülh maraqlandırır, müxalif qüvvələrin təsirinə yol verməməliyik
REGİONAL MƏTBUAT
10:21
22.10.2024
Baxılıb: 2198
“Gürcü Arzusu

Bizi maraqlandıran yalnız sülhdür və kənardan, eləcə də müxalif qüvvələrin təsirinə yol verməməliyik.

Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında Bolnisi rayonunun sabiq meri, deputatlığa namizəd David Şerazadaşvili bildirib.

“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının Bolnisi, Dmanisi, Tetritskaro (Ağbulaq) və Çalka üzrə təmsilçisi seçilən D.Şerazadaşvili uzun müddət Bolnisi rayonunun yerli özünü idarəetmə orqanında və mer vəzifəsində çalışıb.

Onun sözlərinə görə, “Gürcü Arzusu” tərəfindən son 12 il ərzində əhalinin sosial-rifahının yaxşılaşdırılması üçün bir çox layihələr həyata keçirilib:

"Bolnisi bələdiyyəsi çoxmillətliliyi ilə fərqlənir və böyük hissəsini azərbaycanlılar təşkil edir. Bizim qardaşlıq, dostluq, bir-birimizə hörmət çərçivəsində yaşamağımız əsrlərə dayanır. Ailə dəyərlərimizə hörməti bu günə qədər qoruyub saxlamışıq. Məhz bu sadiq seçicilərimiz sayəsində oktyabrın 26-da keçiriləcək parlament seçkilərində layiqli şəkildə qalib gələrək stabil, sülh və əmin-amanlıq içində yaşamağa davam edəcəyik”.

D.Şerazadaşvili deyib ki, dünyada gedən prosesləri, qlobal vəziyyəti hamı yaxşı bilir.

"Bu gün Rusiya - Ukrayna müharibəsinin acı nəticələrini görürük. Bizi maraqlandıran yalnız sülhdür və kənardan, eləcə də müxalif qüvvələrin təsirinə yol verməməliyik. Biz ailə dəyərlərimizə zidd olan LGBT və digər bunabənzər digər ünsürləri, onları nümayiş etdirdiyi həyatı tanıya bilmərik. Bizim öz əxlaq və milli mental dəyərlərimiz var. Avropa Birliyi, ABŞ və digər qüvvələrin təzyiq və təqiblərinə baxmayaraq, bu dəyərlərə qiymət verən gürcü xalqı mənfi ünsürlərə qarşı öz sözünü deyəcək”, – D.Şerazadaşvili vurğulayıb.

Ölkəsinin regional əməkdaşlıq və mehriban qonşuluq siyasətinə toxunan siyasətçi bildirib:

“Bizim bütün ölkərələ yaxın dostluq münasibətlərimiz var. Qonşu və dost Azərbaycan xalqı və dövləti ilə əlaqələrimiz isə bir qədər fərqlidir. Bizi, eyni zamanda, strateji tərəfdaşıq. Əlaqələrimiz başqa ölkələr üçün də nümunədir. Hökumət və dövlət başçılarımızın həyata keçirdikləri məqsədyönlü siyasət nəticəsində birliyimiz və qardaşlığımız daha da möhkəmlənib. Hər iki ölkənin inkişafı üçün fikirlərimiz, mövqelərimiz eynidir. Biz birlikdə regionda da əmin-amanlığı qorumalıyıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13