Amerikalıların yarısından çoxu prezident seçkilərindən sonra iğtişaşlar gözləyir
REGİONAL MƏTBUAT
09:31
25.10.2024
Baxılıb: 2054
Amerikalıların yarısından çoxu prezident seçkilərindən sonra iğtişaşlar gözləyir

Amerikalıların 62 %-i hesab edir ki, prezident seçkilərindən sonra “zorakılıq dalğası” baş verə bilər.

Bu barədə “Axios” portalı “Ipsos” sosioloji xidməti və “Scripps News” kanalının ictimai rəy sorğusunun nəticələrinə əsaslanaraq məlumat yayıb.

Məlumata görə, bu fikri Demokrat Partiyası tərəfdarlarının 70 %-i və respublikaçıların 59 %-i bölüşür.

Eyni zamanda, respondentlərin 51 %-i seçki günü iğtişaşların qarşısını almaq üçün hərbi gücdən istifadəni dəstəkləyəcəklərini bildiriblər. Bu cür fəaliyyət variantı ilə razılaşanlar arasında respublikaçıların 61 %-i və demokratların 51 %-i var.

Sorğuda iştirak edənlərin 63 %-i seçki nəticələrinin ədalətli hesablanacağına əmin olduqlarını söyləyiblər. 77 %-i öz namizədləri məğlub olsa belə, səsvermənin nəticələrini qəbul etmək istədiklərini açıqlayıblar.

Sorğu oktyabrın 18-20-də keçirilib və ona 1 028 nəfər qatılıb. Xəta payı 3,3 faiz təşkil edib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçı Partiyanı Donald Tramp təmsil edəcək. Demokrat Partiyasını hazırkı prezident Cozef Baydenin təmsil edəcəyi gözlənilsə də, o, iyulun 21-də dövlət başçısı vəzifəsinə yenidən seçilməyə çalışmayacağını və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13