Filippində "Trami" tropik qasırğası nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb.
TASS xəbər verir ki, bu barədə “GMA News” telekanalı məlumat yayıb.
Təbii fəlakət nəticəsində 34 nəfər itkin düşüb, 66 nəfər xəsarət alıb. Daşqınlar səbəbindən bölgənin on minlərlə sakini təxliyə edilib.