Süni intellekt chatbot ChatGPT-nin yaradıcısı OpenAI dekabr ayına qədər özünün yeni süni intellekt modeli Orion-u təqdim etməyi planlaşdırır.
OpenAI yeni süni intellekt modeli Orion-u təqdim edəcək
OpenAI-nin son iki modelinin, GPT-4o və o1-in buraxılışından fərqli olaraq, Orion əvvəlcə ChatGPT vasitəsilə geniş yayılmayacaq. Bunun əvəzinə OpenAI, mənbəyə görə, ilk növbədə yaxından işlədiyi şirkətlərə öz məhsullarını və xüsusiyyətlərini yarada bilməsi üçün giriş təmin etməyi planlaşdırır.
Başqa bir mənbə bildirib ki, Microsoft daxilindəki mühəndislər noyabrın əvvəlində Azure-da Orion-u yerləşdirməyə hazırlaşırlar.
Orion OpenAI daxilində GPT-4-ün varisi kimi görünsə də, şirkətin onu xaricdən GPT-5 adlandırıb-çağrmayacağı bəlli deyil.
Orion, OpenAI meneceri tərəfindən potensial olaraq GPT-4-dən 100 dəfə daha güclü kimi təqdim edildi.