Moldovada prezident seçkiləri
REGİONAL MƏTBUAT
01:44
04.11.2024
Baxılıb: 767
Moldovada  prezident seçkiləri

Moldovada baş tutmuş prezident seçkilərində hazırkı dövlət başçısı Maya Sandu səslərin sayına görə rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyur.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının protokolların 92,47 faizinin emalından sonra məlum olub.

İlkin nəticələrə görə, Sandu seçicilərin 50,18 faizinin etibarını qazanıb. Stoyanoqloya isə seçicilərin 49,82 faizi səs verib.

 

Qeyd edək ki, əvvəlki məlumatlara görəMoldovada baş tutmuş prezident seçkilərinin ikinci turunda 51,12 faiz səslə Aleksandr Stoyanoqlo öndə idi və ilkin nəticələri ölkənin Mərkəzi Seçki Komissiyası protokolların 87 %-ini emal etdikdən sonra açıqlamışdı.

Hazırkı dövlət başçısı Maya Sandu isə, ilkin nəticələrə görə, seçicilərin 48,88 faizinin etibarını qazanıb.

Moldova prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 21:30-a (Bakı vaxtı ilə 23:30) qədər seçici fəallığı 54,13 % təşkil edib.

Oktyabrın 20-də keçirilmiş birinci turda bu vaxta qədər 51,4 %, 2020-ci il prezident seçkilərinin ikinci turunda isə 52,8 % seçici səs vermişdi.

Qeyd edək ki, ikinci tura ilk turda 42,49 % səs toplayan hazırkı prezident Maya Sandu və 25,95 % seçicinin dəstəyini qazanan keçmiş baş prokuror Aleksandr Stoyanoqlo çıxıb. İkinci turun qalibi daha çox səs toplayan namizəd olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00