Li Zeldini öz administrasiyasında Ətraf Mühitin Mühafizəsi Agentliyinə (EPA) sədr təyin edib
REGİONAL MƏTBUAT
14:30
12.11.2024
Baxılıb: 986
Li Zeldini  öz administrasiyasında Ətraf Mühitin Mühafizəsi Agentliyinə (EPA) sədr təyin edib

ABŞ-nin seçilmiş prezident Donald Tramp Li Zeldini (Nyu-York ştatından keçmiş konqresmen) öz administrasiyasında Ətraf Mühitin Mühafizəsi Agentliyinə (EPA) sədr təyin edib.

Bu barədə siyasətçi sahibi olduğu “Truth Social” bəyanat yayıb.

Tramp Zeldini “Öncə Amerika” siyasətinin əsl mübarizi” kimi tərif edib.

“O, Amerika biznesinin gücünü sərbəst buraxmaqla yanaşı, planetdəki ən təmiz hava və su da daxil olmaqla ən yüksək ekoloji standartları qoruyaraq, ədalətli və sürətli derequlyasiya qərarlarının qəbul edilməsini təmin edəcək. O, Amerika Birləşmiş Ştatlarının sağlam və yaxşı strukturlaşdırılmış şəkildə böyüməsinə imkan verəcək ekoloji nəzarət və texniki xidmət üzrə yeni standartlar müəyyən edəcək”, – bəyanatda qeyd olunub.

Zeldin “EPA-nın sədri kimi Prezident Trampın Kabinetinə qoşulmağın şərəf olduğunu” deyib.

“Biz ABŞ-nin enerji dominantlığını bərpa edəcək, Amerika iş yerlərini geri qaytarmaq üçün avtomobil sənayemizi canlandıracaq və ABŞ-ni süni intellekt sahəsində qlobal liderə çevirəcəyik. Biz bunu təmiz hava və suya çıxışı qorumaqla edəcəyik”, – Zeldin sosial şəbəkədə yazıb.

Vəzifə Senatın təsdiqini tələb edir. Yeni Konqresin yanvardakı andiçməsindən sonra respublikaçılar sözügedən palatada çoxluğa malik olacaqlar.

EPA-nın 2024-cü maliyyə ili üçün büdcəsi 9,1 milyard dollardır. Agentlikdə 15 130 işçi çalışır.

Trampın bəyanatından sonra Zeldin “Fox News”a müsahibəsində Amerika şirkətlərinin çətinliyə düşməsinə səbəb olduğunu söylədiyi “qaydaların ləğv edilməsi” səylərini prioritetləşdirəcəyini açıqlayıb.

“Bu ölkənin sol qanadının tənzimləyici hakimiyyət vasitəsilə müdafiə etdiyi elə qaydalar var ki, nəticədə bizneslər səhv istiqamətdə gedir”, – o vurğulayıb.

Trampın addımını şərh edən “Politico” qəzeti EPA sədri vəzifəsinə təyinatın adətən bu qədər tez elan edilmədiyinə diqqət çəkib. Qəzet xatırladıb ki, 2016-cı ildə Tramp sözügedən vəzifəyə təyinatı dekabr ayının əvvəlində açıqlamışdı. Hazırkı əsas kampaniya mövzuları enerji və immiqrasiya olan Tramp yeni sərhəd rəhbərini təyin etdikdən bir gün sonra Zeldinin təyinatını elan edib.

“Politico” yazıb ki, Tramp və digər respublikaçılar Bayden dövründə EPA-nı iqtisadiyyata mane olan qurum kimi tənqid edib, onu enerji qiymətlərini artırmaqda və Amerika istehlakçılarına elektrikli avtomobilləri məcbur etməkdə günahlandırıblar. Nəşrə görə, bu təyinat Trampın təcrübəsi olan namizədlər əvəzinə siyasi müttəfiqlərinə üstünlük verdiyinin göstəricisidir.

Qeyd edək ki, 44 yaşlı Li Zeldin 2010-cu ildə fəaliyyətdə olan demokrat senator Brayan Folini məğlub edərək Nyu-York ştatının Senatına seçilib, 2012-ci ildə ikinci müddətə yenidən seçilib.

2008-ci ildə Nyu-York ştatından ABŞ Nümayəndələr Palatasına seçilməyə cəhd etsə də, demokrat Tim Bişopdan üstün ola bilməyib. 2014-cü ildə yenidən ona qarşı seçkilərdə iştirak etməyə qərar verib və bu dəfə seçicilərin 54 % səsini toplayaraq qalib gəlib.

2022-ci ilin iyulunda Nyu-York ştatının Perinton qəsəbəsində seçiciləri qarşısında seçkiqabağı çıxışı zamanı hücuma uğrayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51