Mərkəzi Gömrük Hospitalında yeni MRT cihazı istifadəyə verilib
CƏMİYYƏT
13:41
21.04.2020
Baxılıb: 984
Mərkəzi Gömrük Hospitalında yeni MRT cihazı istifadəyə verilib

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsində "Philips" şirkətinə məxsus "Ingenia Elition X 3.0 Tesla" gücündə yeni Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazı istifadəyə verilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, MR koilləri ilə zəngin olan yeni MRT cihazı insan orqanizminin bütün orqan və toxumalarının müayinə etməyə və xəstəliklərin dəqiq diaqnostikasının aparılmasına imkan verir. "Ingenia ElitionX 3.0T." MRT cihazı vasitəsilə baş və onurğa beyin, ürək damar sistemi, qarın boşluğu orqanları, dayaq-hərəkət sistemi orqanları, süd vəzisi və bütün növ pediatrik müayinələr aparılır.

Müasir MR texnologiyasının ən qabaqcıl "Philips Ingenia Elition X 3.0T" MRT cihazında mövcud olan perfuziyon MR, MR spektroskopiya, diffuziyon MR, funksional MR, MR traktoqrafiya vasitəsi ilə beyin-onurğa beyin görüntülənmələrində beyinin ən mürəkkəb xəstəliklərinin dəqiq diaqnozu mümkündür. Pediatrik yaş qrupunda beyin-onurğa beyin patalogiyalarını aşkarlamaq və diaqnozu təyin etmək üçün yeni MRT cihazı ayrıca pediatrik beyin-onurğa beyin koili ilə təchiz edilib. Eyni vaxtda bütün onurğa beyini bir dəfəyə çəkiliş etmək olur.

Ürək-damar xəstəliklərinin diaqnostikasında istifadə olunan MRT cihazı ürəyin morfoloji və funksional dəyərləndirilməsinə, xəstəliklərin aşkarlanmasına imkan verir. Uşaq ürək xəstəliklərinin MR diaqnostikasını etmək üçün cihazda pediatrik MR koilləri mövcuddur. Qeyd edək ki, bu müayinə imkanları ölkəmizdə yalnız Mərkəzi Gömrük Hospitalının "Philips İngenia Elition X 3.0T." MRT cihazında mövcuddur. Həmçinin, bu cihaz ilə süd vəzi xəstəliklərinin müayinəsi də mümkündür.

"Philips Ingenia Elition X 3.0T." MRT cihazında mövcud olan zəngin koil imkanları bütün bədənin MR müayinəsini eyni zamanda aparılmasına, xüsusilə, onkoloji xəstələrdə xəstəliyin orqan və toxumalara yayılıb-yayılmadığını təyin etməkdə mütəsna əhəmiyyətə malikdir. Qapalı sahədə qorxusu olan klaustrofobiyalı xəstələr üçün MR boşluğunun geniş olması və MR otağında yerləşdirilmiş elektron monitor və işıqlanma sistemi xəstələrin rahat müayinəsinə imkan yaradıb.

Qeyd edək ki, yeni cihazda MR boşluğunun genişliyi 70 santimetr olub ən geniş diametrə sahibdir. MR boşluğunun geniş olması və maqnit gücünün güclü olması ağır çəkili xəstələrin bütün müayinələrinin aparılmasına imkan verir. Eyni zamanda, kiçik yaş qrupu xəstələrin sedasiyasız müayinəsi üçün xüsusi görüntü effektləri ilə təchiz edilib. Müayinə zamanı xəstələrdə narahatlıq yaradan gur səs yeni cihazda digərlərinə görə daha aşağı tembrdə və müayinə vaxtı daha qısadır.

Mərkəzi Gömrük Hospitalının tibbi cihazları sırasına ən müasir tələblərə cavab verən "Philips Ingenia Elition X 3.0T." MRT cihazının əlavə edilməsi, bura müraciət edən pasiyentlərin diaqnostik müayinələrinin və müalicə prosedurlarının keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.

Digər xəbərlər
Azərbaycan Serbiya məsələsini BMT və AB-yə çıxara bilər
Azərbaycan Serbiya məsələsini BMT və AB-yə çıxara bilər
Azərbaycan Serbiya məsələsini BMT və AB-yə çıxara bilər
SON XƏBƏRLƏR
Qarabağa köçürülən ermənilərin kənardan yardım almadan yaşaması mümkün deyil - TƏHLİL
11:15
Gürcüstan və İran Qara Dənizlə İran körfəzini əlaqələndirən tranzit dəhlizinə dair müzakirələr aparıb
00:34
"İsrail - Azərbaycan əməkdaşlığı Ermənistanda anti-semitizmi artırıb" - XİN-dən AÇIQLAMA
00:22
İşğaldan azad olunan daha bir ərazidə azan səsləndirilir
19:39
Yerevanda avtomobillərlə Paşinyan əleyhinə itaətsizlik aksiyası keçirilib
19:37
Türkiyə və Azərbaycan ordusu birgə hərbi təlimlər keçirəcək - FOTO/VİDEO
19:23
Oksford Universiteti: Azərbaycan COVID-19-la mübarizədə 3-cü ən yaxşı ölkədir
19:21
Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
19:19
İxracatçılarla görüş keçirilib
20:21
“Türkiyə bursları” təqaüd proqramına qəbul başlayıb
19:56
Tələbələrin köçürülməsi prosesinə start verilir
19:45
49 minə yaxın şəxs Qarabağa qayıdıb
18:50
Putinin peyvənd olunması xəbərlərinə Kremldən açıqlama
02:20
Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı
02:14
Moskvada üçtərəfli görüş baş tutacaq
02:05
Lukoşenko azərbaycanlı jurnalistin verilişində maraqlı bəyanatlar verib
14:18
"Azərxalça" idarə heyətinin sədri həbs edilib
14:17
XİN Azərbaycan ərazisində saxlanılmış erməni diversantları barədə məlumat yayıb
12:15
İqtisadiyyat naziri Ukrayna səfiri ilə görüşüb
16:05
Qarabağdakı oxşarlıq
16:44