Məşhur amerikalı müğənni Teylor Svift “Eras” adlanan turunun bir hissəsi olaraq Britaniyanın Edinburq, Liverpul, Kardiff və London şəhərlərində konsertlər verib.
AZƏRTAC xəbər verir ki, müğənninin konsertlərinə təxminən 1.2 milyon pərəstişkarı qatılıb. Bununla da müğənni Britaniya iqtisadiyyatına təxminən 1 milyard funt sterlinq qazandırıb.
Müğənninin fanatları konsert biletlərinə, səyahətə, yaşayışa və digər xərclərə orta hesabla 848 funt sterlinq ödəyib.
Teylor Sviftin Londonda keçirdiyi konsertləri turun ən diqqət çəkən məqamı olub. Müğənni təkcə Londonun Uembli stadionunda səkkiz konsert verib ki, bu hər hansı bir solo müğənni üçün stadionda keçirilən rekord sayda konsert şousudur.